Moskvada “Yauza” ekomərkəzinin yaxınlığında həşəratlar üçün xüsusi sığınacaqlar yerləşdirilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə “həşərat otelləri” adlandırılan kiçik evciklər arıların, kəpənəklərin, parabüzənlərin və digər həşəratların əlverişsiz havadan qorunması və qışlaması üçün nəzərdə tutulub.
Bu qurğular faydalı həşərat növlərinə sığınacaq yaradaraq şəhərdə biomüxtəlifliyin qorunmasına kömək edir.