4 yaşlı oğlunu itirdi,  yazdığı mahnı   dünyanı ağlatdı – 35 illik faciənin hekayəsi
28 oktyabr 2026 16:17 (UTC +04:00)

4 yaşlı oğlunu itirdi, yazdığı mahnı dünyanı ağlatdı – 35 illik faciənin hekayəsi

0

Britaniyalı məşhur musiqiçi Erik Klaptonun “Cənnətdə göz yaşları” mahnısı musiqi tarixinin ən kədərli əsərlərindən biri hesab olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mahnı sənətçinin dörd yaşlı oğlu Konorun faciəvi ölümündən sonra yazılıb.

Faciə 1991-ci ilin martında baş verib. Klaptonun oğlu Nyu-Yorkda yerləşən binanın 53-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq həyatını itirib.

Övladının ölümündən sarsılan musiqiçi bir müddət insanlardan uzaqlaşıb. Sonra yaşadığı ağrını musiqiyə çevirməyə qərar verib. O, mahnı üzərində işləyərkən şair Uill Cenninqsin köməyindən istifadə edib.

Beləliklə, “Cənnətdə göz yaşları” mahnısı yaranıb. Klapton sonralar etiraf edib ki, musiqi onun üçün mənəvi sağalma vasitəsinə çevrilib.

Mahnı böyük uğur qazanaraq 1993-cü ildə üç “Qremmi” mükafatına layiq görülüb. “Rolling Stone” jurnalının 2013-cü ildə keçirdiyi oxucu sorğusunda isə “Cənnətdə göz yaşları” bütün dövrlərin ən kədərli mahnıları arasında birinci yeri tutub.

Lakin bu əsəri səhnədə ifa etmək Klapton üçün həmişə ağır olub. O, 2004-cü ildə mahnını konsert proqramından çıxarıb. İllər sonra, 2022-ci ildə isə yenidən ifa etməyə başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar