Türkiyəli aktrisa Merve Boluğur hamilə olması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Aktrisanın iştirak etdiyi tədbirdə çəkilən görüntüləri onun hamilə olması barədə ehtimallara səbəb olub.
Boluğur sosial şəbəkədə paylaşım edərək iddialara istehzalı münasibət göstərib və möcüzəvi körpə ifadəsini işlədib. Bununla belə, aktrisa hamilə olduğunu təsdiqləməyib.