Rusiyanın məşhur müğənnisi Alla Puqaçova makiyajsız və filtrsiz fotosunu paylaşıb.
Lent.az xəbər verir ki, sənətçi görüntünü "Instagram" hesabının hekayə bölməsində yayımlayıb.
77 yaşlı müğənni üzünü yaxından nümayiş etdirərək təbii görünüşü ilə diqqət çəkib.
Qeyd edək ki, ötən ay plastik cərrah İrina Vasilenko müğənninin fotolarını təhlil edərək onun göz qapağı estetikası, üz gərmə və endoskopik liftinq əməliyyatları keçirmiş ola biləcəyini bildirib.