Babək prospektinə çıxan yol hələ nə qədər bağlı qalacaq? -VİDEO
27 noyabr 2026 10:36 (UTC +04:00)

Babək prospektinə çıxan yol hələ nə qədər bağlı qalacaq? -VİDEO

0

Bakıda aylarla davam edən tikinti sürücülərin ciddi narazılığına səbəb olub.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, Xaqani Rüstəmov küçəsindən Babək prospektinə çıxan yolun uzun müddətdir bağlı qalması nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

APA TV-nin əməkdaşının sorğusuna cavab verən sürücülər vəziyyətdən narazı olduqlarını bildiriblər.

“Hər gün yollar bağlıdır. Artıq bezmişik. 20 dəqiqəlik yolu bir saata gedirik. Sanki tikintini uzatmaqla səbrimizi sınayırlar”, – sürücülərdən biri deyib.

Sözügedən yolun aylardır bağlı olması səbəbindən sürücülər Babək prospektinə çıxmaq üçün alternativ küçələrdən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə onların əlavə vaxt itirməsinə, digər küçələrdə nəqliyyat sıxlığının artmasına səbəb olur.

Hər gün eyni problemlə üzləşən sürücülər tikinti işlərinin tezliklə yekunlaşdırılmasını və yolun istifadəyə verilməsini istəyirlər.

Sürücüləri düşündürən əsas sual isə budur: tikinti nə vaxt başa çatacaq və bu ərazidə nəqliyyatın normal hərəkəti nə zaman bərpa olunacaq?

Videomaterialı təqdim edirik:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar