Anası və atalığının işgəncə verdiyi uşaq sığınacağa yerləşdirildi - VİDEO -YENİLƏNİB
26 noyabr 2026 18:28 (UTC +04:00)

Anası və atalığının işgəncə verdiyi uşaq sığınacağa yerləşdirildi - VİDEO-YENİLƏNİB

0

Azyaşlının hüquqlarının müdafiəsi istiqamətində tədbirlər görülür.

Bu barədə Teymur Mərdanoğlu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Lent.az-a bildirilib ki, sosial mediada yayılan məlumatla bağlı Dövlət Komitəsi əməkdaşları tərəfindən sığınacaqla əlaqə saxlanılıb, azyaşlının vəziyyəti ilə maraqlanılıb və məsələ nəzarətə götürülüb.

Uşağın zorakılığa məruz qalması ilə bağlı məlumatlar da diqqətdə saxlanılır, bu istiqamətdə müvafiq araşdırma və tədbirlər görülür. Hazırda azyaşlının təhlükəsizliyi, psixoloji vəziyyəti və ehtiyaclarının təmin olunması istiqamətində iş aparılır.

Onu da qeyd edim ki, uşağın təhsil hüququnun təmin edilməsi, təhsil prosesinə qaytarılması və bununla bağlı zəruri sənədləşmə işlərinin aparılması məqsədilə aidiyyəti qurumlarla da,birgə müvafiq tədbirlər həyata keçirilir.

***

13:25

Atalığı və anasından şiddət görən uşaq sığınacağa yerləşdirilib.

Lent.az Mehriban Qadın Uşaq Sığınacağına istinadən xəbər verir ki, atası həbs olunduqdan sonra anası ilə yaşayan uşaq onun yenidən ailə qurması ilə çətinliklərlə üzləşib.

Azyaşlının sözlərinə görə, atalığı onunla kobud davranıb və evdəki münasibətlər dözülməz həddə çatıb. Bu səbəbdən o, gecə saatlarında evdən çıxaraq parka üz tutub.

Uşağı parkda görən vətəndaşlardan biri polisə məlumat verib. Polis əməkdaşları azyaşlını xəstəxanaya yerləşdiriblər. Daha sonra o, sığınacağa gətirilib.

Məlumata görə, uşağın 7 aylıq, 1 yaş 7 aylıq, 4, 7 və 12 yaşlarında beş bacı-qardaşı var. Daha iki bacı-qardaşı isə doğuşdan sonra dünyasını dəyişib.

Hazırda azyaşlı sığınacaqda qalmaq istədiyini bildirir. O, burada özünü təhlükəsiz hiss etdiyini və evə qayıtmaq istəmədiyini deyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1216

Oxşar yazılar