Naxçıvanda AĞIR QƏZA:  beş nəfər yaralandı-YENİLƏNİB
26 noyabr 2026 23:56 (UTC +04:00)

Naxçıvanda AĞIR QƏZA: beş nəfər yaralandı-YENİLƏNİB

0

Babəkdə baş verən qəza nəticəsində xəsarət alanların vəziyəti açıqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Mustafa Həsənov məlumat verib. O, bildib ki, hazırda xəsarət alanların vəziyyəti kafidir. Onların müalicə və müayinələri xəstəxanada davam etdirilir.

***
23:02

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.

“Changan” və “AZSamand” markalı avtomobillərin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Qəza zamanı xəsarət alan 1982-ci il təvəllüdlü Mehman Qənbərov, 1988-ci il təvəllüdlü Anar Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Şirinov, 1991-ci il təvəllüdlü Nərmin Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Qənbərova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar