“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olundu-VİDEO -YENİLƏNİB
26 noyabr 2026 22:55 (UTC +04:00)

“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olundu-VİDEO-YENİLƏNİB

0

 UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Beşiktaş”-“Hapoel” (Beer-Şeva) qarşılaşması bərpa olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın Barumi şəhərində keçirilən oyun “Beşiktaş” azarkeşləri ilə polis arasında toqquşmalara görə yarımçıq dayandırılmışdı.
 

 

UEFA Avropa Liqasının V turu çərçivəsində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında keçirilən matçda gərginlik yaşanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada azarkeşlər arasında qarşıdurma baş verib.

Polis əməkdaşları “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə ediblər.

Hadisədən sonra futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar