Naxçıvanda AĞIR QƏZA:  beş nəfər yaralandı
26 noyabr 2026 23:02 (UTC +04:00)

Naxçıvanda AĞIR QƏZA: beş nəfər yaralandı

0

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.

“Changan” və “AZSamand” markalı avtomobillərin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Qəza zamanı xəsarət alan 1982-ci il təvəllüdlü Mehman Qənbərov, 1988-ci il təvəllüdlü Anar Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Şirinov, 1991-ci il təvəllüdlü Nərmin Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Qənbərova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar