Sabah saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonunda və Qaxın on üç kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Lent.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Qax rayonunun Tasmalı, Zəyəm, Qarabaldır, Şotavar, Qorağan, Almalı, Dəymədağlı, Cəlayer, Qıpçaq, Qaysarlı, Qaratala, Uzuntala və Kötüklü kəndlərində, həmçinin saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonunun qaz təchizatında müvəqqəti fasilə olacaq.