Dünən İranın "Qohar" və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” komandaları arasında keçirilən Asiya Futbol Konfederasiyası (AFK) Çempionlar Liqası oyununda qeyri-adi hadisə baş verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hakim "anormal vəziyyətdə" olduğu şübhələri səbəbindən fasilədən sonra dəyişdirilməli olub.
Məlumata görə, suriyalı hakim Hanna Xəttab Asiya Çempionlar Liqası oyununa sərxoş vəziyyətdə daxil olub və şahidlərin sözlərinə görə, bu, onun meydandakı hərəkətlərini müşahidə etməklə təsdiqlənə bilər.
Faktlara görə, ilk hissədə hakim meydanın mərkəzində oyunçunun heç bir rol oynamadığı qayda pozuntusuna görə "Əl-Cəzirə"nin qapıçısı Ersin Destanoğluna sarı vərəqə göstərib.

Sarı vərəqə sonradan ləğv edilib.
İkinci hissənin başlamazdan əvvəl Qohar nümayəndələri hakimin "anormal vəziyyətdə" olduğunu iddia ediblər və komanda meydana çıxmaqdan imtina edib.
Fasilədən sonra dördüncü hakim Xəttabın yerini tutub və oyun “Əl-Cəzirə”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
"Əl-Cəzirə oyunçuları mənə hakimin sərxoş olduğunu dedilər və oyunun hakimi də bunu təsdiqlədi. Biz də etiraz etdik və onlar dərhal AFK ilə əlaqə saxladılar və bu da təsdiqləndi", - “Qohar”ın baş məşqçisi Haydar Afsari deyib.

İranlı hüquqşünas Huşəng Nasirzadə “Qohar” rəhbərliyini AFK-dən araşdırma aparmağı, Xəttab üçün tibbi müayinədən keçməyi və oyunun nəticəsinin təsdiqlənməsini dayandırmağı tələb etməyə çağırıb.
İddialar təsdiqlənərsə, o, nəticənin ləğv edilməsini və fərqli hakim heyəti ilə təkrar oyun keçirilməsini təklif edib.