Bakı metrosunun iş rejimi dəyişdiriləcək
07 noyabr 2026 12:53 (UTC +04:00)

Bakı metrosunun iş rejimi dəyişdiriləcək

0

Bakı metropolitenində gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

"Bakı Metropoliteni" QSC-dən Lent.az-a verilə xəbərə görə, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar 7–10 noyabr tarixlərində metronun iş rejimi dəyişdiriləcək:

Qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək;

“İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək;

“İçərişəhər–Həzi Aslanov” və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə – 3 dəqiqə aralığında olacaq;

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Bənövşəyi xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, Yaşıl xətdə isə mövcud qrafik saxlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar