Qazaxda iki nəfər bir-birini  bıçaqladı
07 noyabr 2026 10:06 (UTC +04:00)

Qazaxda iki nəfər bir-birini bıçaqladı

0

Qazaxda bıçaqlanma hadisəsi olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakinləri 21 yaşlı İ.Əlizadə və 19 yaşlı F.Musayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hər iki şəxs aralarında baş verən mübahisə zamanı bir-birinə bıçaqla xəsarət yetiriblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 142

Oxşar yazılar