Gəncədə ağır qəza: “VAZ 2107” iki yerə bölündü
17 oktyabr 2026 00:03 (UTC +04:00)

Gəncədə ağır qəza: “VAZ 2107” iki yerə bölündü

0

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə avtomobil işıq dirəyinə çırpılaraq iki yerə bölünüb. Qəza zamanı 2 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar