Beynəlxalq axtarışda  olan daha 2 nəfər Azərbaycana gətirildi
06 noyabr 2026 16:49 (UTC +04:00)

Beynəlxalq axtarışda olan daha 2 nəfər Azərbaycana gətirildi

0

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli və «Ekstradisiya haqqında» 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Tahir Ayralovun Ağstafa rayon polis şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar oğurluq etdiyi müəyyən edilib. Miryusif Qədirovun isə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyənləşib. Onların barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə axtarışa veriliblər.

Hər iki şəxs Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına gətiriliblər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar