İşdən çıxarılan Elçin Yusubova  qarşı 15 milyonluq korrupsiya İDDİASI
06 noyabr 2026 12:00 (UTC +04:00)

İşdən çıxarılan Elçin Yusubova qarşı 15 milyonluq korrupsiya İDDİASI

0

Bir neçə gün əvvəl işdən çıxarılan Prezidentin sabiq xüsusi nümayəndəsi Elçin Yusubovun fəaliyyəti ilə bağlı maliyyə araşdırmalarına başlanılıb.

Lent.az gununsesi.info-ya istinadla xəbər verir ki, Xankəndi, Ağdərə və Xocalıda təmir, abadlıq və tikinti işləri üçün ayrılmış dövlət vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verildiyi üzə çıxıb.

İlkin məlumatlarda həmin layihələr çərçivəsində təxminən 15 milyon manat vəsaitin mənimsənilməsi ehtimalından bəhs edilir.

Məlumata görə, Elçin Yusubov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də məhz bu araşdırmalar çərçivəsində çağırılıb.

Bildirilir ki, onun rəhbərlik etdiyi dövrdə həyata keçirilən tikinti və abadlıq layihələri, ayrılmış vəsaitlərin təyinatı üzrə istifadəsi və görülmüş işlərin həcmi yoxlanılıb. 

Məlumatda Elçin Yusubovdan başqa Xüsusi Nümayəndəliyin mühasibinin, habelə adıçəkilən rayonlarda təmir-tikinti işləri aparan MMC-lərin rəhbərlərinin də dindirildiyi deyilir.

Qeyd edək ki, Elçin Yusubov 22 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar