Hindistanın Yeni Dehli polisi Meta şirkətinin sosial media platformalarında uşaqların cinsi istismarına dair materialların yayıldığı iddiaları ilə bağlı araşdırmaya başlayıb.
Lent.az xəbər verir ki, qərar Hindistan Milli İnsan Hüquqları Komissiyasının göstərişi əsasında qəbul edilib.
Buna səbəb BBC-nin araşdırmasında “Instagram”da uşaqlara qarşı cinsi istismarı təşviq edən ödənişli reklamların yayımlandığının üzə çıxması olub.
Hindistan hökuməti daha əvvəl Metadan bu cür reklam və məzmunların platformalarından silinməsini tələb edib.