Yatan ərinin üstünə  qaynar su töküb   intihar etdi
05 noyabr 2026 17:18 (UTC +04:00)

Yatan ərinin üstünə qaynar su töküb intihar etdi

0

Türkiyənin İzmir vilayətində 54 yaşlı Bilgi Fırat yatan əri 60 yaşlı Nazif Fıratın üzərinə qaynar su töküb. Qadın hadisədən sonra intihar edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə gecə saat 01:30 radələrində Dərnəkli məhəlləsində baş verib.

Kocası uyurken üzerine kaynar su döktü

Evdar qadın olan Bilgi Fırat iki övladının atası, fermer Nazif Fıratın üzərinə qaynar su töküb. Daha sonra evdən çıxan qadın yaxınlıqdakı boş evə gedərək orada həyatına son qoyub.

Məlumat əsasında əraziyə təcili tibbi yardım və jandarm əməkdaşları cəlb olunub. Tibb işçiləri qadının öldüyünü müəyyənləşdiriblər.

Bədənində yanıq xəsarətləri olan Nazif Fırat təcili tibbi yardım avtomobili ilə xəstəxaya çatdırılıb. Müalicəsi davam edən kişinin həyati təhlükəsinin olmadığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 126

Oxşar yazılar