Apteklərdə  iynə vurdurmaq və sistem qoşdurmaq olarmı? -VİDEO
05 noyabr 2026 10:07 (UTC +04:00)

Apteklərdə iynə vurdurmaq və sistem qoşdurmaq olarmı? -VİDEO

0

Apteklərdə iynə vurdurmaq, sistem qoşdurmaq və təzyiq ölçdürmək istəyən vətəndaşlar bəzən imtina ilə qarşılaşırlar.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məsələyə aydınlıq gətirib.

Bildirilib ki, apteklərdə xüsusi təlim keçmiş əməkdaş, uyğun şərait və yoxlanılmış cihaz olduğu halda təzyiq ölçülməsinə icazə verilir. Lakin bu xidmət məcburi deyil.

İynə vurulması və sistem qoşulması isə apteklərdə qadağandır. Bu prosedurlar müvafiq lisenziyası olan tibb müəssisələrində aparılmalıdır.

Tibbi ekspert Adil Qeybulla vətəndaşların belə xidmətlərdən rahat yararlanması üçün alternativ məntəqələrin yaradılmasını təklif edib.

APA TV məsələ ilə bağlı apteklərdə olub, vətəndaşların fikirlərini öyrənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 70

Oxşar yazılar