Azərbaycanın dövlət saytlarına kütləvi kiberhücum  -VİDEO
14 oktyabr 2026 11:03 (UTC +04:00)

Azərbaycanın dövlət saytlarına kütləvi kiberhücum -VİDEO

0

Azərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı xarici haker qruplaşması tərəfindən kütləvi kiberhücum həyata keçirilib.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, kiberhücumlar oktyabrın 13-də saat 22:00 radələrindən etibarən qeydə alınıb. Hücum zamanı dövlət informasiya infrastrukturlarına aid 100-dən artıq domen hədəfə alınıb.

Nəticədə bir sıra dövlət qurumlarının rəsmi internet səhifələrinin fəaliyyətində fasilələr yaranıb.

Qurumun məlumatına görə, həyata keçirilən texniki tədbirlər nəticəsində kiberhücumların təsiri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.

Hazırda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kibertəhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar