Avropa İttifaqı daim gecikən  baş naziri ifşa  etdi
28 noyabr 2026 15:02 (UTC +04:00)

Avropa İttifaqı daim gecikən baş naziri ifşa etdi

0

Slovakiyanın Baş naziri Robert Fitso beynəlxalq sammitlərə tez-tez gecikir və toplantıları vaxtından əvvəl tərk edir.

Lent.az xəbər verir ki, bu barədə “EUobserver”, eləcə də “Denník N” nəşrləri slovakiyalı və avropalı diplomatlara istinadən məlumat yayıb.

Bildirilib ki, noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitinə bir çox iştirakçı əvvəlcədən gəlsə də, Fitsonun təyyarəsi toplantı başlayandan sonra Bratislavadan havaya qalxıb.

Oktyabr ayında isə Slovakiyanın Baş naziri Avropa İttifaqının sammitini vaxtından əvvəl tərk edərək Serbiyaya yollanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar