Ağsuda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə noyabrın 27-də axşam saatlarında Ağsu şəhəri ərazisində qeydə alınıb.
Ələddin Qədirovun idarə etdiyi “VAZ-2106” və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü xəsarət alıb, sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.
Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.