Lənkəranda azyaşlını  öldürüb qaçan   sürücü tutuldu
27 noyabr 2026 16:51 (UTC +04:00)

Lənkəranda azyaşlını öldürüb qaçan sürücü tutuldu

0

Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb.

Lent.az-ın xəbərinə görə, hadisə günorta saatlarında Lənkəran-Lerik magistral yolunda, Darquba kəndi ərazisində baş verib. C.Quluzadənin idarə etdiyi "VAZ-21011" markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən Darquba kənd sakini, Ə.Yusubzadəni vurub. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Lənkəran Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin verdiyi xəbərə görə, 10 yaşlı uşaq noyabrın 27-də saat 12 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Çoxsaylı xəsarətlər alan azyaşlı aparılan reanimasiya tədbirlərinə baxmayaraq vəfat edib.

Hadisədən sonra sürücü hadisə yerindən yayınsa da, polis əməkdaşları saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar