İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.
Lent.az xəbər verir ki, bununla bağlı Xəzər rayon məhkəməsi qərar qəbul edib.
O, səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa buraxılıb.
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 5 may 2020-ci ildə saxlanılıb.
Bakı Ağır Cjnayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.
Ali Məhkəmə Vilyam Hacıyevin cəzası 8 il 6 ay müddətinə azaldıb./APA