Saatlıda başından xəsarət alan kişi ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Mircəlalkənd kəndində baş verib.
Bakı şəhər sakini 68 yaşlı Əlqəmzə İslam oğlu İbrahimov yaşadığı evdə infarkt keçirərək yıxılıb. Bu zaman o, baş nahiyəsindən xəsarət alıb.
Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.