Hacıqabulun kanalizasiya biabırçılığı  – Sakinlər təhlükə qarşısında -VİDEO
27 noyabr 2026 11:48 (UTC +04:00)

Hacıqabulun kanalizasiya biabırçılığı – Sakinlər təhlükə qarşısında -VİDEO

0

Hacıqabul şəhərinin mərkəzində kanalizasiya problemi sakinlərin gündəlik həyatını çətinləşdirir. Uzanan problem artıq ciddi təhlükəyə çevrilib.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, şəhərdə kanalizasiya sistemində yaşanan problemlər sakinlərin haqlı narazılığına səbəb olub.

APA TV-nin hazırladığı videomaterialda mövcud vəziyyət geniş işıqlandırılıb. Bildirilib ki, sakinlər hər gün eyni problemlə üzləşmək məcburiyyətində qalırlar.

Kanalizasiya sistemindəki nasazlıqlar təkcə şəhərin ümumi görünüşünə xələl gətirmir, həm də sanitariya vəziyyəti və insanların sağlamlığı baxımından ciddi risk yaradır.

Şəhərin mərkəzində belə bir vəziyyətin hökm sürməsi isə aidiyyəti qurumların məsələyə nə zaman müdaxilə edəcəyi sualını gündəmə gətirir.

Problemin müvəqqəti tədbirlərlə deyil, kanalizasiya sisteminin əsaslı şəkildə qaydaya salınması ilə həll edilməsi vacibdir.

Bəs Hacıqabul sakinləri nə vaxta qədər bu vəziyyətdə yaşamalı olacaqlar? Şəhərin kanalizasiya dərdinə nə zaman son qoyulacaq?

Ətraflı APA TV-nin videomaterialında:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar