Türkiyədə şou-biznes nümayəndələrinə qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində daha üç nəfər barəsində həbs qərarı çıxarılıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur model və sosial şəbəkə fenomeni Cansu Taşkın, Muammer Kapucuoğlu və Saghar Shojaei həbs edilərək penitensiar müəssisəyə göndəriliblər.
Bununla da istintaq çərçivəsində həbs edilənlərin sayı dördə çatıb.
Ötən gün saxlanılması barədə məlumat yayılan dünyaca məşhur DJ və musiqi prodüseri Burak Yeter isə azadlığa buraxılıb.
Azadlığa buraxılanların yeni siyahısı:
- İbrahim İzzet Özilhan
- Pınar Bent
- Mehmet Can Karcı
- Meltem Özkayan Keklik
- Özden Cerrahoğlu
- Işıl Işık Demir
- Burhan Karaca
- Erdal Bozkuş
- Cem Güler
- Burak Yeter
Bu şəxslər barəsində məhkəmə nəzarəti tədbiri tətbiq edilib.
Seher Sevdişan isə prokurorluqda ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. İlknur Şahinin saxlanılma müddəti uzadılıb.
Xatırladaq ki, daha əvvəl müğənni Ceylan Kaya cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamı üzrə həbs edilmişdi. Özcan Deniz, Deniz Çakır və Burcu Özberk də daxil olmaqla bir sıra məşhurlar isə ölkədən çıxışlarına qadağa qoyulmaqla azadlığa buraxılmışdılar.
İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq davam etdirilir.