İraqın bir sıra əyalətlərində neft və neft məhsullarının qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmalar çərçivəsində yüksək vəzifəli məmurların vəzifələrindən azad edilməsi gözlənilir.
Lent.az xəbər verir ki, “Al-Sumaria” telekanalının məlumatına görə, bunu İraqın Baş naziri Əli əz-Zeydinin müşaviri Əbdül Əmir ət-Tayban bildirib.
“Yaxın günlərdə neft qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmalar çərçivəsində bir sıra yüksək vəzifəli şəxslərin vəzifələrindən kənarlaşdırılması gözlənilir”, – deyə müşavir qeyd edib.
Onun sözlərinə görə, bu məsələdə İraq hökuməti və məhkəmə orqanları üçün heç bir “qırmızı xətt” yoxdur.
Ət-Tayban Baş nazirin indiyədək həyata keçirdiyi vəzifədən azadetmələrin aysberqin yalnız görünən hissəsi olduğunu, araşdırmalar yekunlaşdıqca yeni səs-küylü istefaların baş verəcəyini bildirib.
O əlavə edib ki, neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar məhkəmə orqanlarının birbaşa nəzarəti altında aparılır və cinayətlərdə iştirak edən şəxslərin adlarının açıqlanması yalnız məhkəmə hakimiyyətinin səlahiyyətindədir.