Alimlər Ay səthindəki materiallardan tikinti bloklarının hazırlanması istiqamətində yeni üsul sınaqdan keçiriblər.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” məlumat yayıb.
Tədqiqatçılar Ay torpağını təqlid edən materialdan üçölçülü çap texnologiyası vasitəsilə “LEGO” konstruksiyalarına bənzəyən blokların hazırlanmasını araşdırıblar.
Belə texnologiya gələcəkdə tikinti materiallarının Yerdən Aya daşınması xərclərini azaltmağa kömək edə bilər.
Hazırlanan eksperimental blokların möhkəmliyinin artırılması üçün əlavə araşdırmalara ehtiyac var.
Araşdırma barədə məlumat noyabrın 20-də yayımlanıb.