Obyektinin qarşısına çınqıl tökdüyü üçün cərimələnən şəxslə bağlı AÇIQLAMA
27 noyabr 2026 09:45 (UTC +04:00)

Obyektinin qarşısına çınqıl tökdüyü üçün cərimələnən şəxslə bağlı AÇIQLAMA

1

Obyektinin qarşısına çınqıl daş tökdüyü üçün cərimələnən vətəndaşla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb.

Qurumdan Lent.az-a açıqlamasında bildirib ki, respublika əhəmiyyətli Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun mühafizə zolağından istifadə edilməklə obyektə müvafiq icazə alınmadan giriş-çıxış yolu təşkil edilib.

Qanunvericiliyə əsasən, respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağı hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyən edilir.

AAYDA-nın tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizə Xidmətinin əməkdaşı tərəfindən məhz bu qanun pozuntusunun aradan qaldırılması tələb olunub.

Məqsəd sahibkarlıq fəaliyyətinə mane olmaq deyil, avtomobil yollarından qanunvericiliyə uyğun istifadəni, yol infrastrukturunun qorunmasını və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

Ətraflı təqdim etdiyimiz videoda:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 184

Oxşar yazılar