Məktəblilər dəmir yollarının sirli dünyası ilə tanış oldular -FOTOLENT
27 noyabr 2026 11:17 (UTC +04:00)

Məktəblilər dəmir yollarının sirli dünyası ilə tanış oldular -FOTOLENT

0

Abşeron rayonunun Hökməli, Güzdək və Qobu qəsəbələrində yerləşən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Dəmir yolundan böyük imkanlara doğru” adlı maarifləndirici tədbir təşkil olunub.

Lent.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova məlumat verib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə keçirilən tədbirin məqsədi məktəblilərin dünyagörüşünü zənginləşdirmək, onları ölkənin nəqliyyat infrastrukturu ilə tanış etmək və gələcək peşə seçimlərinə dəstək olmaqdır.

Tədbir çərçivəsində şagirdlər əvvəlcə Dəmir Yolu Muzeyini ziyarət ediblər. Onlara Azərbaycanda dəmir yollarının yaranma tarixi, inkişaf mərhələləri və müxtəlif dövrlərə aid eksponatlar barədə məlumat verilib.

Ekskursiyanın növbəti ünvanı Bakı Dəmir Yolu Vağzalı olub. Məktəblilər qatarların hərəkətinin təşkili, sərnişinlərə göstərilən xidmətlər, təhlükəsizlik qaydaları və bu sahədə çalışan mütəxəssislərin fəaliyyəti ilə tanış olublar.

Nigar Məmmədova bildirib ki, belə təşəbbüslər şagirdlərin yeni biliklər qazanmasına, ölkənin müasir inkişafını yaxından izləməsinə və gələcək peşə imkanlarını kəşf etməsinə şərait yaradır.

Deputat məktəblilərin gələcəkdə Azərbaycanın nəqliyyat və infrastruktur sahəsinin inkişafına töhfə verən mütəxəssislər sırasına qoşulacaqlarına ümidvar olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 146

Oxşar yazılar