Braziliyada nişanlısına işgəncə verməkdə şübhəli bilinən həkim saxlanılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı Dioqu Andre Ribeyru Qomes nişanlısını döyməkdə, ona işgəncə verməkdə və qanunsuz olaraq azadlıqdan məhrum etməkdə şübhəli bilinir.
Polis hadisə barədə noyabrın 24-də zərərçəkən qadının rəfiqəsindən məlumat alıb. Göstərilən ünvana gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadını xilas ediblər. Lakin həkim hadisə yerindən qaçmağa müvəffəq olub.
Zərərçəkənin sözlərinə görə, nişanlısı onu yumruq və çəkiclə döyüb, həmçinin dişləyib. Bundan əlavə, kişi qadını saçlarını qırxmağa, yandırmağa və yeməyə məcbur edib.
Axtarışda olan həkim noyabrın 25-də hadisə yerindən təxminən 250 kilometr uzaqlıqda yerləşən Naki şəhərindəki hotellərdən birində saxlanılıb.
Qeyd edək ki, zərərçəkən qadın Bayşu-Quand şəhərinin bələdiyyə administrasiyasında çalışır.