Həbsdəki dostuna narkotik apardı - BAKIDA
27 noyabr 2026 12:20 (UTC +04:00)

Həbsdəki dostuna narkotik apardı - BAKIDA

0

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik vasitə və psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Lent.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Belə ki, 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış zamanı 6 bükümdə ümumi çəkisi 5,874 qram olan heroin və 2,408 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir daha vətəndaşların diqqətinə çatdırılıb ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların və maddələrin ötürülməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar