Fira Cəlilovanın əməliyyat keçirilən bağ evindən GÖRÜNTÜLƏR
27 noyabr 2026 13:40 (UTC +04:00)

Fira Cəlilovanın əməliyyat keçirilən bağ evindən GÖRÜNTÜLƏR

0

Əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunan və təkrar törətdiyi cinayətlərə görə axtarışda olan Əlihüseyn Hüseynovun gizlədildiyi deyilən və aparıcı Fira Cəlilovaya məxsus Novxanı qəsəbəsindəki bağ evindən görüntülər təqdim edilib.

Lent.az Baku TV-yə istinadən xəbər verir ki, çəkiliş zamanı bağ evində aparıcının anası olub.

O, çəkiliş qrupuna irad bildirdikdən sonra evə girib.

Qeyd edək ki, aparıcı Fira Cəlilovanın bağ evində gizləndiyi deyilən Əlihüseyn Hüseynov əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunub və təkrar törətdiyi cinayətlərə görə axtarışda imiş. O, bir müddət əvvəl rayonların birindən Bakıya gəlib.

Ə.Hüseynovun aparıcının anasının tanışlarından birinin xahişi ilə onların evinə yerləşdirildiyi bildirilir. Məlumata görə, Ə.Hüseynov 10 gündən artıq imiş ki, həmin evdə gizlədilibmiş.

Həmin bağ evindən görüntüləri təqdim edirik:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar