Vüsalə Mahirqızı ADU-da ustad dərsi keçdi
27 noyabr 2026 13:15 (UTC +04:00)

Vüsalə Mahirqızı ADU-da ustad dərsi keçdi

0

"APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı Azərbaycan Dillər Universitetinin (ADU) tələbə radiosunun qonağı olub.

Lent.az xəbər verir ki, radio proqramında ənənəvi və yeni media, jurnalistikanın müasir çağırışları, rəqəmsal medianın inkişafı və peşəkar jurnalistikanın gələcəyi barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Vüsalə Mahirqızı jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün ustad dərsi keçib.

Görüş zamanı o, peşəkar təcrübəsini tələbələrlə bölüşüb, jurnalist peşəsinin xüsusiyyətləri və müasir media mühitində tələb olunan bacarıqlardan danışıb, tələbələrin suallarını cavablandırıb.

Vüsalə Mahirqızının ADU-da ustad dərsi olub, tələbə radiosunda fikirlərini bölüşüb - FOTO

APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar