Ölümləri ilə dünyanı sarsıdan 5 məşhur sima
27 noyabr 2026 16:46 (UTC +04:00)

Ölümləri ilə dünyanı sarsıdan 5 məşhur sima

0

2010–2019-cu illərdə dünya musiqi, kino və texnologiya sahəsində bir sıra əfsanələrini itirib. Onların bəziləri ağır xəstəlik, digərləri isə faciəli hadisələr nəticəsində dünyasını dəyişib.

Lent.az xarici KİV-ə istinadən ölümləri ilə milyonlarla insanı kədərə boğan məşhur şəxsləri təqdim edir.

Emi Uaynhaus

Caz və soul musiqisinin məşhur nümayəndəsi cəmi iki studiya albomu ilə dünya şöhrəti qazanıb. “Back to Black” albomu ona böyük uğur gətirib. Müğənni alkoqol asılılığından əziyyət çəkirdi. 2011-ci il iyulun 23-də Londondakı evində ölü tapılan 27 yaşlı sənətçinin ölüm səbəbi alkoqol zəhərlənməsi olub.

27 yaşında bitən ömür: Emi Uaynhausun dramatik taleyi - VİDEO - Oxu.az

Stiv Cobs

“Apple” şirkətinin həmtəsisçisi Stiv Cobs müasir texnologiya dünyasının ən nüfuzlu simalarından biri olub. Onun rəhbərliyi dövründə “iPhone” və “iPad” kimi məhsullar insanların gündəlik həyatını dəyişdirib. Uzun müddət mədəaltı vəzinin xərçəngi ilə mübarizə aparan Cobs 2011-ci il oktyabrın 5-də 56 yaşında vəfat edib.

Stiv Cobsun həyatı haqqında BİLMƏDİYİNİZ həqiqətlər | Banco.az

Uitni Hyuston

Dünyanın ən güclü səslərindən birinə sahib olan amerikalı müğənni “I Will Always Love You” mahnısı və “Cangüdən” filmi ilə milyonların sevgisini qazanmışdı. Altı dəfə “Qremmi” mükafatına layiq görülən sənətçi 2012-ci il fevralın 11-də otel otağındakı vannada ölü tapılıb. Onun 48 yaşında baş verən ölümündə boğulma, ürək xəstəliyi və narkotik istifadəsi rol oynayıb.

Uitni Hyuston haqqında sənədli film çəkiləcək

Pol Uoker

“Forsaj” filmlər silsiləsinin ulduzu avtomobillərə real həyatda da böyük maraq göstərirdi. Aktyor 2013-cü il noyabrın 30-da xeyriyyə tədbirindən qayıdarkən avtomobil qəzasında həlak olub. Onun 40 yaşı var idi. Ölümündən sonra “Forsaj 7” filminin çəkilişləri qardaşlarının və kompüter qrafikasının köməyi ilə tamamlanıb. Aktyorun yaxın dostu Vin Dizel isə qızına onun xatirəsinə Polin adını verib.

Пол Уокер (Paul Walker) биография, фильмы, спектакли, фото | Afisha.ru

Devid Boui

Britaniyalı rok musiqiçisi yaradıcılığı və qeyri-adi səhnə obrazları ilə musiqi tarixində dərin iz qoyub. Qaraciyər xərçəngindən əziyyət çəkən sənətçi xəstəliyini ictimaiyyətdən gizli saxlayıb. O, 2016-cı il yanvarın 8-də, 69-cu doğum günündə “Blackstar” adlı son albomunu təqdim edib. Cəmi iki gün sonra, yanvarın 10-da dünyasını dəyişib.

Дэвид Боуи возвращается из архивов: лейбл Parlophone выпустит 10  неизвестных треков музыканта - Информационное агентство Деловой журнал  Профиль - profile.ru

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 134

Oxşar yazılar