İslam Rzayev və YAP-ın Balakən rayon təşiklatının keçmiş sədrinin məhkəməsi BAŞLADI
27 noyabr 2026 16:29 (UTC +04:00)

İslam Rzayev və YAP-ın Balakən rayon təşiklatının keçmiş sədrinin məhkəməsi BAŞLADI

0

Şəki Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun müavini olmuş, YAP-ın Balakən Rayon Təşkilatının sabiq sədri Azad Balayevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirib, onlara hüquq və vəzifələri izah olunub.

Qısa müşavirədən sonra məhkəmə baxış iclasının 11 dekabr saat 14:00-a təyin olunduğunu elan edib.

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub.

O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 311.3.2 (təkrar rüşvət alma) 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.3-cü maddələri ilə ittiham olunur.

İslam Rzayev ötən il oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azad Balayev isə bu il saxlanılıb. Ona isə Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü ( (külli miqdarda törədildikdə) və 32.5,311.3.2-ci maddələri üzrə ittiham irəli sürülüb.

Azad Rizvan oğlu Balayev 2007-2022-ci illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini olub, həmçinin 2011-ci ildən etibarən YAP-nin Balakən rayon təşkilatına rəhbərlik edib.

İş üzrə zərərçəkmiş şəxs qismində Maliyyə Nazirliyi tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar