Soyuducuda yatan gənc  donub öldü
27 noyabr 2026 17:00 (UTC +04:00)

Soyuducuda yatan gənc donub öldü

0

Niderlandın Utrext şəhərində 19 yaşlı gənc gecələmək üçün girdiyi dondurucu kamerada ölüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, narkotik və alkoqol asılılığından əziyyət çəkən gənc ölümündən əvvəl valideynlərinin evinə gedərək gecəni orada keçirmək istəyib. Lakin valideynləri oğullarının aqressiv davranışından ehtiyatlanaraq onu evə buraxmayıblar.

Bundan sonra gənc ərazidən uzaqlaşıb və anasının telefon zənglərinə cavab verməyib.

İki gün sonra qadın evin yaxınlığındakı dondurucu kameradan oğlunun gödəkçəsinin bir hissəsinin çıxdığını görüb. Kameranın içərisinə baxan ana oğlunun meyitini aşkarlayıb.

Ailə hadisənin bədbəxt təsadüf nəticəsində baş verdiyini düşünür. Ehtimallardan birinə görə, gənc yatmaq üçün dondurucuya girib, lakin içəridə bağlı qalaraq boğulub. Onun donaraq ölməsi ehtimalı da istisna edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar