Müştərilər gülümsəməyən  kassiri döydülər
27 noyabr 2026 17:58 (UTC +04:00)

Müştərilər gülümsəməyən kassiri döydülər

0

Malayziyada müştərilərə gülümsəmədiyi üçün mağazanın kassirinə hücum edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Taman-Bertam-Perdana bölgəsində qeydə alınıb.

Polisin məlumatına görə, mağazaya gələn qadın kassirin üz ifadəsindən narazı qalıb. O, kassirə irad bildirdikdən sonra mağazadan çıxıb.

Bir müddət sonra qadının həyat yoldaşı uşaqları ilə birlikdə mağazaya gəlib. Kişi kassirə siqaret qutusu ataraq onu soyuducuya doğru itələyib. Ardınca müştərinin qızı olduğu ehtimal edilən gənc də mübahisəyə qoşularaq mağaza əməkdaşına qışqırıb və ona bir neçə təpik vurub.

Münaqişəni kassirə ilk irad bildirən qadın dayandırıb. Daha sonra ailə avtomobillə hadisə yerindən uzaqlaşıb.

Zərərçəkən kassir tibbi yardım aldıqdan sonra təhlükəsizliyindən narahat olduğunu bildirərək polisə şikayət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar