Kim Çen In Bakıda doğulan  müğənninin   konsertinə gəldi,  səhnəyə çıxıb...
27 noyabr 2026 19:20 (UTC +04:00)

Kim Çen In Bakıda doğulan müğənninin konsertinə gəldi, səhnəyə çıxıb...

0

Noyabrın 26-da Pxenyanda (KXDR) Rusiya sənətçilərinin iştirakı ilə konsert keçirilib. Konsertdə Rusiyanın Xalq artisti Larisa Dolina da iştirak edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ondan başqa ümymrusiya və beynəlxalq müsabiqələrin laureatı Yekaterina Andreeva, Dövlət Akademik Mariinski Teatrının solisti Qleb Knyazev və Rusiyanın Osipov adına Milli Akademik Xalq Çalğı Alətləri Orkestri də çıxış ediblər. 

Yeni yayımlanan görüntülərdə Şimali Koreya lideri səhnədə Larisa Dolina ilə əl sıxıb və birgə foto çəkdirib.

Ким Чен Ын и Долина, фото - Новости Zakon.kz от 27.11.2026 12:04

"Kim Çen In Rusiya ilə KXDR arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Pxenyan iclaslarının ilk gününü yekunlaşdıran qala-konsertə görə Moskva sənətçilərinə şəxsən təşəkkür edib", - xəbərdə vurğulanır.

Ким Чен Ын, фото - Новости Zakon.kz от 27.11.2026 12:04

Qeyd edək ki, Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakı şəhərində yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası isə Qalina İzrailevna Kudelmandır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar