Alimlərdən yeni kəşf: İnsan qulağı fərqli işləyirmiş
27 noyabr 2026 21:25 (UTC +04:00)

Alimlərdən yeni kəşf: İnsan qulağı fərqli işləyirmiş

0

ABŞ-ın Oreqon Sağlamlıq və Elm Universitetinin alimləri daxili qulağın aşağı tezlikli səsləri əvvəllər düşünüldüyündən daha mürəkkəb şəkildə qəbul etdiyini müəyyən ediblər.

Lent.az xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan araşdırmaya görə, aşağı tezlikli səslər daxili qulağın bir-birindən uzaq bölgələrində demək olar ki, eyni vaxtda oxşar titrəyişlər yaradır.

Bu isə səsin qəbul edilməsinin yalnız qulaqdakı müəyyən nöqtələrin aktivləşməsi ilə izah olunmadığını göstərir.

Alimlər hesab edirlər ki, kəşf gələcəkdə koxlear implantların təkmilləşdirilməsinə, xüsusilə eşitmə problemi olan insanların səs-küylü mühitdə nitqi daha yaxşı anlamasına kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar