Borclu olduğu   şəxsin velosipedini oğurlayıb satdı, borcunu  qaytardı - BAKIDA
28 noyabr 2026 14:36 (UTC +04:00)

Borclu olduğu şəxsin velosipedini oğurlayıb satdı, borcunu qaytardı - BAKIDA

0

Bakının Nərimanov rayonunda sakinlərdən birinin evinin qarşısında saxladığı velosiped oğurlanıb.

Lent.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən M.Xəlilzadə müəyyən olunaraq saxlanılıb. 

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin velosipedini oğurladığı zərərçəkənə borcu olub. M.Xəlilzadə elə həmin şəxsə məxsus velosipedi oğurlayıb sataraq ona olan borcunu qaytarıb.

Məhkəmənin qərarı ilə M.Xəlilzadə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar