Pirallahıda anbardan və marketdən  10 minlik OĞURLUQ
28 noyabr 2026 12:39 (UTC +04:00)

Pirallahıda anbardan və marketdən 10 minlik OĞURLUQ

0

Bakının Pirallahı rayonunda polis iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri keçirib.

Lent.az-ın xəbərinə görə, araşdırmalarla müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə edilən tikilidən soyuducu və kondisioner mühərrikləri, alüminium qapı-pəncərə çərçivələri və plastik borular olmaqla, ümumilikdə 9210 manat dəyərində əmlakı talayıb. Oğurladığı əşyaları satdığı müəyyən edilən əvvəllər də məhkum olunmuş Rövşən Xəlilov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Digər fakt üzrə isə rayon ərazisində yerləşən marketlərdən birindən 1200 manat dəyərində spirtli içkilər oğurlayan, əvvəllər məhkum olunmuş Amid Səlimov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar