93 nəfərin intiharına  kömək edən şəxsə cəza istənildi
28 noyabr 2026 10:36 (UTC +04:00)

93 nəfərin intiharına kömək edən şəxsə cəza istənildi

0

Kanadanın Ontario əyalətinin prokurorluğu 61 yaşlı Kennet Lounun 25 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Lent.az “Associated Press” agentliyinə istinadla xəbər verir ki, təqsirləndirilən şəxs daha əvvəl Ontarioda 14 intihar hadisəsinə kömək göstərməkdə təqsirli olduğunu etiraf edib. Böyük Britaniyada daha 79 nəfərin ölümü ilə bağlı hallar da araşdırılır.

İttiham tərəfinin məlumatına görə, onun satdığı məhsullardan istifadə nəticəsində 12-si yeniyetmə olmaqla, ümumilikdə 93 nəfər həyatını itirib.

Nyumarket şəhərində keçirilən məhkəmə prosesində Lou ölənlərin ailələrindən üzr istəyərək əməllərinin tamamilə yanlış olduğunu bildirib.

Müdafiə tərəfi isə ona daha yüngül, 12 il müddətinə həbs cəzasının verilməsini istəyib. Vəkillər təqsirləndirilən şəxsi “ölüm hüququ” ideyasının yanlış düşüncəyə qapılmış tərəfdarı kimi təqdim etməyə çalışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar