Böyük Vətən müharibəsi iştirakçısı vəfat edib.
Lent.az-ın verdiyi xəbərə görə, Cəlilabad rayonunun ən yaşlı sakinlərindən biri, İkinci Dünya müharibəsi veteranı Əbiş Zamanov vəfat edib.
Qeyd edək ki, 1923-cü ildə Cəlilabad rayonunun Astanlı kəndində dünyaya gələn Əbiş Zamanov 1942-ci ildə müharibəyə yollanıb.
O doğulduğu kənddə dəfn ediləcək.