Qazaxda iki avtomobil toqquşdu, dörd nəfər  xəsarət aldı
28 noyabr 2026 21:22 (UTC +04:00)

Qazaxda iki avtomobil toqquşdu, dörd nəfər xəsarət aldı

0

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “Ford Transit” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü M. Qaraxanova, 1993-cü il təvəllüdlü A. Alıyeva, 2019-cu il təvəllüdlü Ş. Alıyev və 1970-ci il təvəllüdlü G. Alıyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar