SEPAH komandiri olan ruhani GÜLLƏLƏNDİ
28 noyabr 2026 19:35 (UTC +04:00)

SEPAH komandiri olan ruhani GÜLLƏLƏNDİ

0

İranda ruhani Bəşir Salahzehi Sistan və Bəlucistan əyalətinin Sərbaz rayonunda silahlı şəxslərin hücumu nəticəsində öldürülüb.

Lent.az xəbər verir ki, Molla Bəşir kimi tanınan Salahzehi günorta saat 14 radələrində Məlikabad–Şişkan yolunda silahlı hücuma məruz qalıb və bir neçə güllə yarası alaraq ölüb.

“Haalvş”ın mənbələrinin bildirdiyinə görə, Salahzehi SEPAH-ın yerli komandirlərindən biri olub və bu hərbi quruma məxsus səyyar bazaya rəhbərlik edib.

İranın dövlət teleradio şirkətinin xəbər agentliyi də Sərbaz rayonunun polis rəisi, polkovnik Zəvariyə istinadən məlumat yayıb. Bildirilib ki, motosikletlə hərəkət edən iki naməlum şəxs sünni din xadiminə atəş açdıqdan sonra hadisə yerindən qaçıb.

Hazırda hücumu törədən şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Hücum edənlərin kimliyi və cinayətin motivi barədə hələlik məlumat açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar