“Real Madrid” “Liverpul”un yarımmüdafiəçisini alır, amma bir şərtlə
28 noyabr 2026 20:00 (UTC +04:00)

“Real Madrid” “Liverpul”un yarımmüdafiəçisini alır, amma bir şərtlə

0

İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Liverpul” komandasının yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir.

Lent.az xəbər verir ki, argentinalı futbolçu 2028-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləməsə, Madrid klubu onun transferi üçün hərəkətə keçə bilər.

Məlumata görə, 27 yaşlı futbolçu ilə yeni müqavilənin imzalanması əməkhaqqı məsələsində tərəflərin razılığa gəlməsindən asılıdır.

Qeyd olunur ki, daha əvvəl Trent Aleksander-Arnold və İbrahima Konatenin də “Liverpul”dan “Real Madrid”ə keçidində maaş məsələsi əsas mübahisə mövzularından olub.

Mak Allister cari mövsümdə bütün turnirlər üzrə 18 oyunda 5 qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt” portalına görə, argentinalı futbolçunun bazar dəyəri 70 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar