Bakıda avtomobildə yüksək səslə musiqiyə qulaq asan gənc həbs edilib.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu "Ağ şəhər" ərazisində, Mərkəzi Bulvar küçəsində qeydə alınıb.
19 yaşlı İ. Məmmədli idarə etdiyi "Tesla" markalı avtomobildə axşam saatlarında yüksək səslə mahnıya qulaq asıb. Bununla da ətrafdakı insanları narahat edib və onların haqlı narazılığına səbəb olub. Ərazidə xidmətdə olan yol polisi əməkdaşları onu saxladaraq, insanların narazılığını çatdırıb irad bildirsələr də, İ. Məmmədli buna məhəl qoymayıb. Nəticədə o, saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.
Məhkəmənin qərarı ilə 4 gün müddətinə inzibati qaydada həbs edilib.