Bred Pittə  daha bir zərbə:   qızı atasının  soyadından   imtina etdi
04 noyabr 2026 15:13 (UTC +04:00)

Bred Pittə daha bir zərbə: qızı atasının soyadından imtina etdi

0

Ancelina Coli və Bred Pittin ayrılığından illər keçsə də övladları ilə bağlı hadisələr gündəmdən düşmür.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, məşhur cütlüyün 18 yaşlı qızı Vivyen Coli-Pittin də bacı və qardaşları kimi atasının soyadından rəsmi imtina etdiyi bildirilir.

 Los-Anceles Ali Məhkəməsində keçirilən iclasda hakim Virciniya Kini tərəfindən verilən qərarla məşhur cütlüyün qızı Vivyen Marşelin Coli-Pittin soyadının dəyişdirilməsi barədə müraciəti təsdiqlənib.

Beləliklə, o, bundan sonra rəsmi sənədlərdə Vivyen Marşelin Coli adını daşıyacaq.

Vivyenin vəkili Piter Kennet Levinin onlayn şəkildə qatıldığı məhkəmə iclasında qərara heç bir etiraz bildirilməyib. Nəticədə soyadın dəyişdirilməsi ilə bağlı müraciət qısa müddətdə təsdiqlənib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar